• cümə, 26 Aprel, 16:48
  • Baku Bakı 23°C

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru: "Türkiyə bərpa olunan enerji potensialından istifadə edir"

17.11.16 14:20 727
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru: "Türkiyə bərpa olunan enerji potensialından istifadə edir"
"Türkiyə və onun qonşuluğundayerləşən ölkələrin bərpa olunan enerji sahəsində çox böyük potensialı mövcuddur. Lakin Türkiyədən fərqli olaraq, qonşu ölkələr potensialından istifadə edə bilmir". "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol bildirib.
Onun sözlərinə görə, Türkiyə peşəkarlığı və texnoloji üstünlüyü sayəsində bərpa olunan enerji baxımından regionun lideri ola bilər. F. Birol qlobal enerji bazarında bərpa olunan enerjinin payının getdikcə artacağını proqnozlaşdıraraq, bu növ enerjinin istehsalına çəkilən xərclərin azalacağını bildirib.
İcraçı direktor əlavə edib ki, Türkiyənin bərpa olunan enerji mənbələri sahəsində bir sıra nəhəng layihələri dəstəkləməsi son dərəcə önəmlidir: "Düşünürəm ki, bu, Türkiyəni liderə çevirəcək. Bu baxımdan dominant olan Almaniya artıq qonşuluqdakı ölkələrə texnologiyaları ilə birgə, öz təcrübəsini də ixrac edir. Türkiyə də bu cür imkandan yararlanmalıdır. Türkiyənin liderliyi olduqca önəmlidir".
O bildirib ki, statistikaya əsasən 2040-cı ilədək dünyada enerji istehsalının 60%-nin bərpa olunan enerji mənbələrindən əldə olunacağı gözlənilir.
banner

Oxşar Xəbərlər