AZE | RUS | ENG |

Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilir

Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilir
Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edir

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Nazirliklə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir. 

Sessiyada BƏT-in 100 illiyi ilə əlaqədar Təşkilatın "Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq bu mövzuda  müzakirələr aparılır. 

Sessiyanın plenar iclasında S.Babayevin çıxışı nəzərdə tutulub.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964