• çərşənbə axşamı, 19 mart, 08:57
  • Baku Bakı 8°C

Beynəlxalq birlik daha qətiyyətli addımlar atmalıdır

17.10.18 13:38 307
Beynəlxalq birlik daha qətiyyətli addımlar atmalıdır
"İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikasını tarixən möhkəm dostluq və qardaşlıq münasibətləri bağlayır”.
Tanınmış iordaniyalı siyasətçi, İordaniya Senat Şurasının üzvü, Əhali və inkişaf üzrə Ərəb-Afrika parlament forumunun baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İordaniya parlamentinin Azərbaycan ilə Dostluq Qrupunun üzvü Mərvan əl-Hmud bu fikirləriAZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Kral II Abdulla ilə Prezident İlham Əliyev arasında yüksək səviyyədə səmimi dostluq münasibətləri xalqlarımız üçün xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, İordaniya və Azərbaycan liderlərinin müasir dövrün bir sıra mühüm məsələləri barədə mövqeləri üst-üstə düşür, onlar qarşılıqlı maraq doğuran bir çox məsələləri sıx əlaqələndirirlər.
Senator Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin səviyyəsini də yüksək qiymətləndirərək qeyd edib ki, iki ölkənin parlamentariləri daim əlaqə saxlayır, müxtəlif məsələləri uzlaşdırır, qarşılıqlı səfərlər çərçivəsində xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə edirlər. Qarşılıqlı fəaliyyətin bu formatı xalqlarımızın yaxınlaşmasına, onların əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlıq üfüqlərini genişləndirməyə kömək edən yeni imkanlar yaradılmasına müsbət təsir göstərir.
Mərvan əl-Hmud Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna da toxunaraq vurğulayıb ki, dövlətlərimizin liderləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan mənafelərinə uyğun olaraq dinc və ədalətli yolla nizamlanmasına nail olmaq üçün BMT-də və digər beynəlxalq məkanlarda səylərini sıx əlaqələndirirlər. O qeyd edib ki, beynəlxalq birlik, xüsusən BMT Dağlıq Qarabağ münaqişəsinin və dünyada mövcud olan digər münaqişələrin, məsələn Fələstin probleminin nizamlanması üçün daha qətiyyətli addımlar atmalıdır. İordaniyalı senator xüsusi vurğulayıb ki, beynəlxalq birlik Ermənistana təsir göstərməli, onu BMT-nin müvafiq qətnamələrini yerinə yetirməyə, işğal edilmiş əzəli Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmağa məcbur etməlidir.
banner

Oxşar Xəbərlər