• şənbə, 20 Aprel, 15:48
  • Baku Bakı 23°C

Beylin toyunda oxumaq üçün 1,5 milyon istəyir

27.11.17 14:20 2132
Beylin toyunda oxumaq üçün 1,5 milyon istəyir
"Real”ın futbolçusu Qaret Beyl toya hazırlaşır.
Kaspi.az xəbər verir ki, Beylin toyu 2018-ci ilə planlaşdırılıb. Toyun dəqiq tarixi bilinməsə də, artıq bəzi işlərlə bağlı danışıqlar aparılır.
Qaret Beyl toyunda məşhur müğənni Beyonsun oxumasını istəyir. Artıq uelsli futbolçunun nümayəndələri müğənni ilə əlaqə saxlayıblar. Müğənninin 1,5 milyon funt (1,68 milyon avro) qonorar tələb etdiyi bildirilir.
Beylin toyu daha tez olmalıydı. Ancaq nişanlısının atası ABŞ-da dələduzluğa görə həbs olunduğu üçün toy gələn ilin yazına təxirə salınıb. Toy mərasiminin İtaliyada olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər