• cümə, 19 Aprel, 05:23
  • Baku Bakı 18°C

Beylin səbri çatmadı, getdi

08.01.19 11:45 604
Beylin səbri çatmadı, getdi
"Real”ın futbolçusu Qaret Beylin "Real Sosyedad”la oyunu stadionda sona qədər izləməyə səbri çatmayıb.
Kaspi.az xəbər verir ki, Beyl zədəli olduğu üçün "Real Sosyedad”la qarşılaşmada heyətə salınmayıb. O, oyunu tribunadan izləyib.
Ancaq uelsli futbolçu qarşılaşmanın 78-ci dəqiqsəində arenanı tərk edib. Həmin vaxt "Real” 0:1 hesabı ilə geridə olub.
Beyl komandasının qapısına vurulan ikinci qolu görməyib. 29 yaşlı futbolçu cari mövsümdə 15 oyunda meydana çıxıb, 4 qol vurub, 2 qol ötürməsi edib. "Real” qarşılaşmadan 0:2 hesabı ilə məğlub ayrılıb.
banner

Oxşar Xəbərlər