Beylin səbri çatmadı, getdi
"Real”ın
futbolçusu Qaret Beylin "Real Sosyedad”la oyunu stadionda sona qədər izləməyə səbri çatmayıb.
Kaspi.az xəbər
verir ki, Beyl zədəli olduğu üçün "Real Sosyedad”la qarşılaşmada heyətə
salınmayıb. O, oyunu tribunadan izləyib.
Ancaq uelsli
futbolçu qarşılaşmanın 78-ci dəqiqsəində arenanı tərk edib. Həmin vaxt "Real”
0:1 hesabı ilə geridə olub.
Beyl
komandasının qapısına vurulan ikinci qolu görməyib. 29 yaşlı futbolçu cari
mövsümdə 15 oyunda meydana çıxıb, 4 qol vurub, 2 qol ötürməsi edib. "Real”
qarşılaşmadan 0:2 hesabı ilə məğlub ayrılıb.