Beylin ailəsində faciə
"Real”ın futbolçusu Qaret Beylin ailəsində faciə yaşanıb.
Kaspi.az xəbər verir ki, Beylin bacısının əri Aleksandr Uilyams
Kardif yaxınlığındakı mənzilində ölü tapılıb. Onun hansı səbəbdən öldüyü məlum
deyil.
Polis hadisəni araşdırır, lakin bildirir ki, onun ölümündə şübhəli
əlamətlər yoxdur.
Beylin bu hadisədən şoka düşdüyü deyilir. O, bir müddətdi ki,
zədəlidir və bərpa kursu keçir.