• cümə, 19 Aprel, 11:34
  • Baku Bakı 13°C

Beyləqanda dini ekstremizmlə mübarizə mövzusunda seminar-müşavirə keçirilib

20.04.18 14:35 813
Beyləqanda dini ekstremizmlə mübarizə mövzusunda seminar-müşavirə keçirilib
Beyləqanda "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini ekstremizm” adlı seminar-müşavirə keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Beyləqan, İmişli,Füzuli, Saatlı və Sabirabad rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, Daxili İşlər və Ədliyyə nazirlikləri, prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərləri iştirak edib.

Dini Qurumlar üzrə Dövlət Komitəsinin və Beyləqan rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan müşavirə Beyləqan Gənclər Mərkəzindəqapalı toplantı ilə başlayıb. Sonra Beyləqan Rayon Mədəniyyət Sarayında yerli icra nümayəndəlikləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, "N” saylı hərbi hissənin əsgər və zabit heyəti, habelə rayon ictimaiyyətinin iştirakı ilə davam edib.

Seminar-müşavirə "Şəhadət” filmi nümayiş olunub.

Tədbirdə iştirak edənDini Qurumlarla İş üzrə Dövlət Komitəsisədrinin müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında hüquq-mühafizə orqanları ilə birlikdə keçirilən qapalı görüşdə müzakirə olunan məsələlər barədə məlumat verib.

"Biz təkcə inzibati metodlara deyil, daha çox maarifləndirməyə üstünlük veririk. Təbii ki, zərurət yarananda, inzibati cəzalar da vacibdir. Radikal dinitəsirlərə məruz qalmış şəxslərin metodologiyasını öyrənməli və onların ifşası istiqamətində tədbirlər həyata keçirməliyik.Gənclərimizdən bəziləri bir sıra ölkələrdə silahlı toqquşmalara qoşulub. Onların acı taleyi məlumdur.Bu kimi hallar savadsızlıq, bilgisizlikdən olsa da, faktlar var. Çalışacağıq ki, gənclərimizi yad təsirlərdən qoruyaq.Biz o kontingentin təbliğat və metodologiyasını öyrənməliyik və mübarizəmizin effektini artırmalıyıq”.
banner

Oxşar Xəbərlər