• cümə, 29 Mart, 15:25
  • Baku Bakı 14°C

Beyl UEFA-ya qəzəbləndi

18.09.18 12:40 538
Beyl UEFA-ya qəzəbləndi
"Real”ın futbolçusu Qaret Beylin ÇL-in finalında vurduğu qol UEFA-nın ən yaxşı qol üçün müəyyənləşdirdiyi siyahıya düşməyib.
Kaspi.az xəbər verir ki, 11 ən yaxşı qolu UEFA-nın texniki heyəti müəyyənləşdirib. Daha sonra isə UEFA-nın saytında səsvermə keçirilib. Onu da qeyd edək ki, Kriştiano Ronaldonun "Yuventus”un qapısına vurduğu qol qalib hesab olunub.
Beyl eyni tərzdə, amma daha vacib qarşılaşmada - finalda qol vursa da, texniki heyət bunu nəzərə almayıb. Uelsli futbolçu da buna görə bərk qəzəblənib:
"Başa düşmürəm, mənim vurduğum qol hansı səbəbə görə siyahıda olmayıb? Münsiflər heyətində kimlərin olduğunu bilmək istəyirəm. Münsifləri qovmaq lazımdı”.
"Real” ÇL-in finalında "Liverpul”a 3:1 hesabı ilə qalib gəlib. Beyl isə 2 qol vurub.
banner

Oxşar Xəbərlər