• cümə axşamı, 28 mart, 14:57
  • Baku Bakı 16°C

Beyl “Real”ı nəyə görə tərk edə bilər?

13.04.18 12:40 867
Beyl “Real”ı nəyə görə tərk edə bilər?
Qaret Beylin "Real”ı tərk edəcəyi ilə bağlı söz-söhbət səngimək bilmir.
Kaspi.az xəbər verir ki, bu məsələyə Uels yığmasının sabiq baş məşqçisi Kris Koulman da münasibət bildirib. O, Beylin "Real”ı yalnız bir halda – "kral klubu”ndan böyük komandadan təklif gələcəyi təqdirdə tərk edəcəyini deyib:
"Beyl "Real”da çoxdan oynayır? 5 il? Beyl orda oynadığı ilk ildə mətbuat konfransında həmişə məndən soruşurdular ki, İspan mətbuatı Beyldən razı deyil, onun orda gələcəyi varmı?
Qaret orda 3 dəfə Çempionlar Liqasının qalibi olub. Pis uğur deyil. Sonuncu dəfə onunla danışanda mənə dedi ki, Madriddə xoşbəxtdir. Ailəsi də orda özünü əla hiss edir.
Beyl yalnız "Real”dan böyük klubdan təklif gələcəyi halda Madridi tərk edə bilər. "Real”dan böyük klub isə yoxdur. Elə isə o, hara getməlidir? Mənə belə nəhəng bir klub göstərə bilərsiniz?”
banner

Oxşar Xəbərlər