AZE | RUS | ENG |

Beyinə faydalı olan qidalar

Beyinə faydalı olan qidalar
Araşdırmalar nəticəsində məlum olub ki, qidaların tərkibindəki maddələr orqanizmdəki hormonların səviyyəsini dəyişdirərək özümüzü xoşbəxt və ya kədərli hiss etməyimizə səbəb olur.
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, A, B, C vitaminləri və maqneziumla zəngin banan, eləcə də şəkər, limon, alma, üzüm turşuları, B qrupu vitaminləri və C vitamini ilə zəngin ananas beynin fəaliyyətini gücləndirir.
Şokolad sinir sistemini stimullaşdırır, yaddaşı yaxşılaşdırır, stressdən qurtulmağa, depressiyadan çıxmağa kömək edir. Əqli fəaliyyətin yaxşılaşdırılması üçün çox faydalıdır, beynin inkişafına müsbət təsir göstərir, serotoninin səviyyəsini artırdığı üçün xoşbəxtlik bəxş edir.
Qızıl balıq Omeqa-3-lə zəngin olduğuna görə faydalı qidalar sırasındadır.
Antioksidantlarla zəngin yerkökü depressiyaya qarşı təsir edir. Yağ turşuları ilə zəngin tərkibi özünü sağlam və rahat hiss etməsinə səbəb olur.
Vitaminlərlə zəngin cəfəri də beynin fəaliyyətinə müsbət təsir göstərir. O, orqanizmi toksinlərdən təmizləyir, yorğunluğu və halsızlığı aradan qaldırır.
Kartof, gül kələmi, portağal və yumurta da insan beyninin fəaliyyətinə müsbət təsir edən qidalar sayılır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045