• çərşənbə, 24 Aprel, 11:44
  • Baku Bakı 13°C

Bəyimxanım “Dünya qəmli nağıl imiş“ dedi

10.01.14 13:05 2667
Bəyimxanım “Dünya qəmli nağıl imiş“ dedi
Xanəndə Bəyimxanım Vəliyevanın yaradıcılığında yenilik var. Müğənninin Lent.az-a verdiyi məlumata görə, o, musiqisi Ramiz Mirişliyə, sözləri Cavidə məxsus ”Dünya qəmli nağıl imiş” mahnısını oxuyub.
Bəyimxanım bildirib ki, təklif ona bəstəkarın özündən gəlib: “Çox şadam ki, Ramiz müəllim kimi sənətkar mənim üçün mahnı yazıb. Bir çox sənətkarların yaradıcılığında məhz Ramiz Mirişli imzası var. Əsərin musiqisi gözəl olduğu kimi sözləri də qəlbə yatandır. Hər iki müəllifə sonsuz təşəkkür edirəm”.
Bəyimxanım onu da xatırladıb ki, bu il yaradıcılığında bir çox yenilik edəcək:”Yorulmadan yeni mahnılar yazdırıb ölkənin ən iri konsert salonlarında konsert vermək fikrim var. Başqa ölkələrdən də bir neçə təklif almışam. Bir qərara gələndən sonra mətbuata açıqlama verəcəm.
banner

Oxşar Xəbərlər