• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Bəxtiyar Əliyev: Müxalifətin bu cür iddiaları heç bir həqiqətə söykənmir

02.02.17 10:50 571
Bəxtiyar Əliyev: Müxalifətin bu cür iddiaları heç bir həqiqətə söykənmir
Azərbaycanda demokratiyanın olmaması və Məmməd Əmin Rəsulzadəyə kifayət qədər hörmət qoyulmaması barədə deyilən fikirlər kökündən yanlışdır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.
Onun sözlərinə görə, müxalifətin bu cür iddiaları heç bir həqiqətə söykənmir:
"Mən burada növbəti iftiranın nümunəsini görürəm. Azərbaycan bu gün demokratik inkişaf yolunda olan, söz azadlığına, insan haqlarının qorunmasına görə bir çox ölkələrə nümunə olan bir dövlətdir. Azərbaycanda vətəndaş hüquqları yüksək səviyyədə təmin olunur. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına məhz ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasında ən böyük qiymət verilib. Bu gün də Prezident İlham Əliyev tərəfindən həmin insanların hər birinin əməyi yüksək qiymətləndirilir. Bu illər ərzində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kifayət qədər fərman və sərəncamlar imzalanıb. Ona görə də onların bu cür iddialar irəli sürməsinin heç bir əsası yoxdur. Azərbaycanda gedən proseslər, hüquqi dövlət quruculuğu bütün beynəlxalq standartlara tam cavab verir".
B.Əliyev bildirib ki, bu cür insanların dediklərinə əhəmiyyət vermək lazım deyil: "Bu insanlara əhəmiyyət verməklə onlar gündəmə gəlir. Elə onların da məqsədi gündəmə gəlməkdir. Çünki başqa cür gündəmə gəlmək onlar üçün çətindir".
banner

Oxşar Xəbərlər