• cümə, 29 Mart, 10:51
  • Baku Bakı 5°C

Bexterev xəstəliyinin bəzi müalicə üsulları

19.10.18 15:08 628
Bexterev xəstəliyinin bəzi müalicə üsulları
Bexterev xəstəliyi adı ilə tanınan xəstəlik əslində ankilozlaşdırıcı spondilit adlanır.
Ankilozlaşdırıcı spondilit-ağrılı, kəskinləşən, fəqərə qırılmasına və osteoparoza səbəb olur. Əsasən onurğanı əhatə etsə də, oynaq və bağlara, bəzən hətta göz, ağciyər, bağırsaq və ürəyə də təsir göstərir. Oma və çanaq sümükləri arasında oma-qalça oynağı ankilozlaşdırıcı spondilitin başladığı yer sayılır.
Bu barədəAZƏRTAC-a həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verərək bildirib ki, ağır və üzücü oynaq xəstəliyi olan spondilit zamanı oynaqların yumşaq toxumaları sərtləşir və proses çox güclü ağrılarla müşayiət olunur. Xəstələrin illərlə dərman müalicələri qəbul etməsinə baxmayaraq nəticə ürəkaçan olmur. Ağrıların şiddəti getdikcə artır və bunun nəticəsində ağrıkəsici preparatlar uzun müddət fasiləsiz qəbul edilir. Spondilitin ağır mərhələlərində fəqərəarası oynaqlar əyilir və hərəkətsizləşir.
Həkim xəstəliyin bir neçə təbii müalicə üsulu olduğunu söyləyib: "Həmin xəstəlikdən əziyyət çəkənlər ilk növbədə çox hərəkət etməli, əsasən də su idman növləri ilə məşğul olmalıdırlar. Xəstə oynaqlar gündə bir dəfə yarım saat ərzində təzə gicitkən yarpaqlarından düzəldilmiş süpürgə ilə döyəclənməlidir. Belə ki, gicitkənin tərkibindəki zəhərli maddələr oynaq nahiyəsini yandırır, bununla da həm qan dövranını sürətləndirir, həm də ağrılar azalır. Proseduru ildə 4 dəfə, hər dəfə 15 gün müddətində təkrarlamaq lazımdır.
Bundan əlavə hərəsindən 50 qram olmaqla cökə çiçəkləri və udi-hindi qarışdırılır. Qarışım gündə üç dəfə yeməkdən əvvəl 1 stəkan suda 1 çay qaşığı dəmlənərək içilir. Sonrakı müalicədə udi-hindi olduğu kimi qalır, cökə əvəzinə ballı nanə, sonra evkalipt, lavanda əlavə olunur və müalicə mütəmadi olaraq davam etdirilir.
Ağrıyan oynaqlar gündə bir dəfə yarım saat isidilmiş qara zirə yağı ilə masaj oluna bilər”.
Xəstəliyin müalicəsində fititerapiya üsullarından danışan həkim deyib: "Spondilit zamanı ağrıyan oynaq üzərindən ayda 3-4 tibbi banka qan almaq da xəstəliyin müalicəsində faydalı üsuldur. Bu zaman iltihablaşmış qanın xaric olunur ki, bu da xəstənin vəziyyətini yaxşılaşdırır. Prosedur hər ay aparılır.
Ayda bir dəfə ağrıyan oynaqlar üzərinə 5-8 ədəd zəli qoyulur, zaman keçdikcə zəlilərin sayı 10 ədədə qədər artırılır. Lakin həmin müddətdə qan laxtalanması nəzarətdə saxlanılmalıdır. Zəlinin ağız suyunda olan maddələr nəinki sümükləşməni ləngidir, hətta kirəcləşmiş toxumaların elastikləşməsinə də səbəb olur”.
Onun dediyinə görə, spondilitli xəstə düz yataqda, yorğan qalınlığında döşəyin üstündə başları çox dik olmamaq şərtilə yatmalı, bişmiş yeməklərdən az istifadə etməli, daha çox çiy tərəvəzlərə və zeytun yağında hazırlanmış salatlara üstünlük verməlidir.
banner

Oxşar Xəbərlər