• cümə axşamı, 28 mart, 22:14
  • Baku Bakı 13°C

Bəstəkarların mahnı və romanslarından ibarət konsert keçirilib

08.11.18 09:38 673
Bəstəkarların mahnı və romanslarından ibarət konsert keçirilib
Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yeni nəsil dəvət edir” adlı layihə davam edir.
Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti” fakültəsinin "Estrada sənəti” və "Muğam sənəti” kafedralarının tələbələrinin "Yada düşər xatirələr” adlı konserti keçirilib.
Azərbaycan bəstəkarlarının mahnı və romaslarından ibarət konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində həyata keçirilib.
Konsertdə tələbələrin ifasında E.İbrahimovanın "Daha məndə dözüm yox”, "Ey vətən”, A.Səmədzadənin "Bu dünyanı nağıl bilək”, E.Sabitoğlunun "Neyləyim”, ”Sən mənim deyilsən”, T.Quliyevin "Yol ayrıcında”, ”Ey sevincim Bakı”, "Kimsən sən”, X.Mirzəzadənin "Yadındamı”,"Sırqamın qaşı”, Ə.Abbasovun "Heyran olmuşam”, İ.Babayevanın "O gözlər”, S.Əliyevanın "Qayıt əzizim”,V.Adıgözəlovun "Qərənfil”, ”Şuşam lay-lay”, P.Bülbüloğlunun "Gəl ey səhər” mahnıları səslənib.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetib.
Sonda konsertin bədii rəhbəri "Estrada sənəti” kafedrasının müdiri Məryəm Babayeva konsertin təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
Beynəlxalq Muğam Mərkəzində konsertlər və möhtəşəm layihələr davam edir.
banner

Oxşar Xəbərlər