AZE | RUS | ENG |

Bəstəkar Tahir Əkbərin dəfn olunacağı yer müəyyənləşib

Bəstəkar Tahir Əkbərin dəfn olunacağı yer müəyyənləşib
Bəstəkar Tahir Əkbər bu gün Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
 
Bu barədə APA-ya Tahir Əkbərin ailəsindən məlumat verilib.
 
Bəstəkarla vida mərasimi bu gün Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra ötən gün, saat 21:30 radələrində öz evində vəfat edib.
 
Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Tahir Əkbər 1946-cı ildə anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.
 
Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi" və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları həmçinin Türkiyə müğənnilərinin də ifalarında səslənib. 2006-cı ildə filarmoniyada Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000