Bəstəkar Oqtay Zülfüqarov dünyasını dəyişdi
Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.
Bu barədə APA-ya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.
F. Əlizadə bəstəkarın bu gün səhər dünyasını dəyişdiyini bildirib.
O. Zülfüqarovla vida mərasiminin yeri və harada dəfn olunacağı hələlik dəqiqləşməyib.