• cümə, 19 Aprel, 14:07
  • Baku Bakı 25°C

Besseberq ruslardan bir diplomat dollar alıb

12.04.18 13:10 918
Besseberq ruslardan bir diplomat dollar alıb
2017-ci ilin dekabrında VADA biatlonda baş verən korrupsiya ilə bağlı hesabat hazırlayıb.
Kaspi.az xəbər verir ki, bu hesabatın bəzi detalları yayılıb. Hesabatın əsas hissəsi Qriqori Rodçenkovun verdiyi məlumatlar əsasında hazırlanıb.
Hesabatda göstərilir ki, Beynəlxalq Biatlon İttifaqının prezidenti Anders Besseberq ruslardan rüşvət alıb. Onun 2013-cü ildə Rusiya nümayəndələrindən bir diplomat dollar qəbul etdiyi bildirilir.
Bu rüşvəti verməkdə əsas məqsəd isə rusiyalı biatlonçuların dopinq məsələlərində qorunması olub. Rusiya tərəfi öz idmançılarının maraqlarını qorumaq üçün prezidenti və baş katib Niokl Ryoşu ələ alıblar.
Bu ilin aprelində təşkilatın ofisində korrupsiya ilə bağlı axtarış aparılıb. Baş katib araşdırmalar başa çatana qədər vəzifəsindən kənarlaşdırılıb.
banner

Oxşar Xəbərlər