• şənbə, 20 Aprel, 00:34
  • Baku Bakı 15°C

“Beşiktaş”ın prezidenti onunla şəxsən danışıq aparır

12.06.18 14:05 1092
“Beşiktaş”ın prezidenti onunla şəxsən danışıq aparır
"Real”ın sabiq futbolçusu Quti İstanbula qayıda bilər.
Kaspi.az xəbər verir ki, bir müddət "Beşikatş”ın da şərəfini qoruyan Quti bu klubdan təklif alıb. "Qartal” rəhbərliyi Qutinin məşqçilər korpusunda çalışmasını istəyir. Məlumata görə, "Beşiktaş”ın prezidenti Fikrət Orman onunla şəxsən danışıq aparır.
Ona baş məşqçi Şenol Günəşin köməkçisi vəzifəsi təklif olunub. Quti ötən mövsüm "Real”ın gənclər komandasında çalışıb. Ancaq mətbuatda yayılan məlumatda bildirilir ki, o, "Real”ı tərk etmək niyyətindədir.
Quti "Beşiktaş”da 2010-2011-ci illərdə çıxış edib. O, "Real”ın heyətində 3 dəfə Çempionlar Liqasının qalibi olub.
banner

Oxşar Xəbərlər