• çərşənbə axşamı, 23 aprel, 17:42
  • Baku Bakı 24°C

“Beşiktaş”ın keçmiş prezidenti vəfat etdi

14.08.14 10:44 1090
“Beşiktaş”ın keçmiş prezidenti vəfat etdi
Apasport.az saytının xəbərinə görə, uzun müddət idi tənəffüs yollarındakı problemlər səbəbindən müalicə alan 88 yaşlı Seba bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Bu gün “Vodafone Arena”da onunla bağlı vida mərəsimi keçiriləcək.
Qeyd edək ki, Seba həm futbolçu, həm də prezident kimi yalnız “Beşiktaş”da çalışıb. 1946-1954-cü illərdə İstanbul klubunun formasını geyinib. 1984/2000-ci illərdə isə komandanın prezidenti olub. Vaxtilə Türkiyə millisinin də şərəfini qoruyub.
banner

Oxşar Xəbərlər