• şənbə, 20 Aprel, 16:40
  • Baku Bakı 23°C

“Beşiktaş” fanatı 127 bilet aldı, itirdi və “ilişdi”

20.02.18 10:20 848
“Beşiktaş” fanatı 127 bilet aldı, itirdi və “ilişdi”
"Beşiktaş”ın fanatı Ərdəm Besli qəribə situasiya ilə üzləşib.
Kaspi.az xəbər verir ki, Ərdəm Çempionlar Liqasının 1/8 finalında "Bavariya” ilə keçiriləcək oyunu dostları ilə birgə izləmək qərarına gəlib. Reqensburqda yaşayan türk bu məqsədlə 127 bilet alıb.
Supermarketdə bazarlıq edən Ərdəm aldığı malları avtomobilin yük yerinə yığarkən, biletləri də maşının damına qoyub. O, yük yerini bağladıqdan sonra avtomobilə əyləşərək evinə qayıdıb.
Yalnız bu vaxt həyat yoldaşı ona biletləri xatırladıb. Ərdəm supermarketə qayıtsa da, nə onun qarşısında, nə də yolda biletləri tapa bilməyib.
O, bundan sonra polisə müraciət edib. Polis araşdırmaya başlayıb. Ancaq bu vaxt Ərdəm özü də "ilişib”. Məlum olub ki, o, biletləri rəsmi satış məntəqəsindən almayıb.
banner

Oxşar Xəbərlər