• çərşənbə axşamı, 23 aprel, 17:28
  • Baku Bakı 24°C

Bəşər Əsədin 20 gün vaxtı qaldı

24.05.13 12:01 1498
Bəşər Əsədin 20 gün vaxtı qaldı
Yaxın zamanlara qədər Suriya milli koalisiyasına başçılıq edən, Suriya müxalifətinin ən əsas simalarından biri Moaz Hatib ölkədə baş verən krizisin həlli yolunu tapmaq üçün hazırladığ planı elan edib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Moaz Hatibin planına əsasən, əgər ölkə başçısı Bəşər Əsəd hakimiyyəti vitse-prezidentə və yaxud baş nazirə verərsə, onun və ailəsinin ölkədən sağ-salamat çıxıb getmələri üçün hər bir imkan yaradılacaq.
Bu təklif haqda düşünmək üçün Hatib Əsədə 20 gün vaxt verib.
Bəşər Əsəd isə onun gedişinin ölkədəki xaosu həll edəcəyi yox, əksinə vəziyyəti daha da gərginləşdirəcəyi qənaətindədir.
Xatırladaq ki, Suriya hadisələri 2011-ci ilin 11 martından başlayıb. BMT-nin rəsmi statistikasına əsasən, konflikt müddətində olkədə 70 mindən çox insan həyatını itirib.
banner

Oxşar Xəbərlər