• cümə, 29 Mart, 10:10
  • Baku Bakı 5°C

Beş Xəzəryanı ölkənin prezidentlərinə "Caspian Energy Award" mükafatı təqdim olunacaq

16.08.18 18:45 507
Beş Xəzəryanı ölkənin prezidentlərinə "Caspian Energy Award" mükafatı təqdim olunacaq
"Caspian Energy" və "Caspian European Club" "Xəzərdə siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişafına verdiyi xüsusi töhfələrə görə" nominasiyasında beş Xəzəryanı ölkənin prezidentlərinə beynəlxalq "Caspian Energy Award-2018" mükafatı təqdim edəcəklər.
Bu barədə Trend-ə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
T.Əliyev qeyd edib ki, bu mükafat tarixi sənədə - Xəzərin hüquqi statusu üzrə Konvensiyaya imza atmış beş Xəzəryanı ölkənin prezidentlərinə təqdim olunacaq.
Baş icraçı direktor həmçinin əlavə edib ki, beynəlxalq mükafatın prezidentlərə fərdi qaydada təqdim olunması ilə bağlı daha sonra ətraflı məlumat veriləcək:"Beynəlxalq "Caspian Energy Award" mükafatının statueti yuxarı hissəsində bir əlin beş barmağının - bərabər paylanmış 5 dövlətin təsvir olunduğu neft fontanını simvolizə edir. Şərti olaraq ələ bənzədilmiş statuetin mərkəzində isə eyni taleli beş Xəzəryani dövləti bir-birinə bağlayan Xəzər dənizi təsvir olunub".
T.Əliyevin sözlərinə görə, "Caspian Energy Award" mükafatı Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadi inkişafına və biznes cəmiyyətinə inteqrasiyasına töhfə vermiş dünya liderləri layiq görülür və beynəlxalq biznesin fəallığına, dünya arenasında yüksək nüfuza, investisiya cazibədarlığının əks olunmasına, region dövlətlərinin iqtisadiyyatının açıqlığına xidmət edir.
banner

Oxşar Xəbərlər