AZE | RUS | ENG |

Berti Foqtsun Rusiya heyəti

Berti Foqtsun Rusiya heyəti
Azərbaycan millisinin heyəti açıqlanıb

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvada “Lujniki” stadionunda Rusiyanın qonağı olacaq komandamızın hazırlıq məqsədilə keçirilən toplanışda iştirak edəcək futbolçular müəyyənləşib. Almaniyalı baş məşqçi Berti Foqts oktyabrın 5-dən 13-dək Bakıda baş tutacaq hazırlığa 28 futbolçu çağırıb.
Lakin yığmamız hazırlıqlara 24 oyunçu ilə başlayacaq. Belə ki, ölkə xaricində çıxış edən legionerlərimiz milliyə sonradan qoşulacaq. Moldovada çıxış edən Elhad Nəziri oktyabrın 6-dan, Almaniyadan gələcək Əli Gökdemir, həmçinin Türkiyə klublarının şərəfini qoruyan Cavid Hüseynovla Cihan Özkara isə oktyabrın 8-dən komandanın düşərgəsində olacaq.

Qapıçılar: Kamran Ağayev ("Xəzər Lənkəran"), Anar Nəzirov ("Qəbələ"), Səlahət Ağayev ("Sumqayıt")

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Vladimir Levin, Ruslan Əmircanov (hər ikisi "İnter"), Usim Nduka, Aqil Nəbiyev (hər ikisi AZAL), Elnur Allahverdiyev, Ruslan Abışov (hər ikisi “Xəzər Lənkəran”), Əli Gökdemir ("Hannover 96", Almaniya), Elhad Nəziri ("Milsami", Moldova)

Yarımmüdafiəçilər: Murad Ağayev ("Sumqayıt"), Aleksandr Çertoqanov ("Qəbələ"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Mahir Şükürov, Cavid İmamverdiyev (hər ikisi "Neftçi"), Cavid Hüseynov ("Adana Dəmirspor", Türkiyə), Elvin Məmmədov ("Bakı"), Əfran İsmayılov ("Qarabağ"), Nizami Hacıyev ("İnter")

Hücumçular: Branimir Subaşiç ("Xəzər Lənkəran"), Vüqar Nadirov, Vaqif Cavadov, Rauf Əliyev (hamısı "Qarabağ"), Cihan Özkara ("Ərciyəsspor", Türkiyə).

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219