• şənbə, 20 Aprel, 05:14
  • Baku Bakı 15°C

Berti Foqts onlara güvənib - Siyahı

19.10.13 12:24 1578
Berti Foqts onlara güvənib - Siyahı
Bu həftə başa çatan DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının şərəfini 27 futbolçu qoruyub. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqtsun güvəndiyi 27 oyunçudan heç biri bütün matçlarda iştirak etməyib.
Onlar arasında ən çox oyun keçirənlər 9 görüşdə meydana çıxıb. Mahir Şükürovla Kamran Ağayev bu 9 matçı əvəzolunmadan keçirib. Ruslan Abışov isə dəqiqə baxımından onlardan geri qalıb.
27 oyunçudan 25-i start heyətində yer ala bilib. Elhad Nəziri ilə Bədavi Hüseynova isə bu nəsib olmayıb. Ən çox oyun keçirən üçlük daim start heyətdə yer alanlardır.
Tsikldə millinin 3 kapitanı olub. Rəşad Sadıqov bu funksiyanı oynadığı 8 qarşılaşmada yerinə yetirin. Onun yoxluğunda Mahir Şükürovla Ruslan Abışov hərəyə 1 dəfə sarğı ilə matça başlayıb.
Komandamızın 6 qoluna 5 futbolçu imza atıb. 2 qol vuran Ru Abışov yığmanın bombardiri olub. Millinin oyunlarındakı yeganə penalti Kamran Ağayevin qol buraxması ilə nəticələnib.
Kamran Ağayev, Ruslan Abışov, Rasim Ramaldanov, Vüqar Nadirov və Vaqif Cavadov hərəyə 2 sarı vərəqə almaqla digərlərindən daha intizamsız olub. Onların hərəsi 1 qarşılaşmanı cəza üzündən buraxıb.
Maksim Medvedev, Rauf Əliyev və Branimir Subaşiç isə yığmamızın qırmızı vərəqə alan üzvləridir. Raud 2-ci sarı, digərləri isə birbaşa qırmızı vərəqəyə layiq görülüblər.
Seçmə mərhələdə 8 milliləşən futbolçu yığmamızda çıxış edib. Bunlar Almaniya türkləri Cihan Özkara, Əli Gökdəmir, onların həmyerliləri Rüfət Dadaşovla Pərdis Fərcad-Azad, ukraynalılar Vladimir Levinlə Aleksandr Çertoqanov və rusiyalı Bədavi Hüseynovdur. Onlar arasında hamıdan çox – 7 oyun Cihan keçirib.
Yığmanın ən yaşlı futbolçusu 1980-ci il təvəllüdlü Çertoqanov. ən gəncləri isə odan 12 il kiçik olan Araz Abdullayev, Elhad Nəziri və Qara Qarayevdir.
Kamran Ağayev
Mahir Şükürov
Ruslan Abışov
Rəşad Sadıqov
Rauf Əliyev
Rahid Əmirquliyev
Maksim Medvedev
Cihan Özkara
Cavid Hüseynov
Elnur Allahverdiyev
Rasim Ramaldanov
Vladimir Levin
Vaqif Cavadov
Əfran İsmayılov
Vüqar Nadirov
Rüfət Dadaşov
Əli Gökdəmir
Araz Abdullayev
Branimir Subaşiç
Qara Qarayev
Aleksandr Çertoqanov
Rəşad Sadiqov
Pərdis Fərcad-Azad
Elvin Məmmədov
Bədavi Hüseynov
Səlahət Ağayev
Elhad Nəziri
1 – futbolçu. 2 – doğum tarixi, 3 – amplua, 4 – oyun, 5 – start heyətində, 6 – kapitan, 7 – dəqiqə, 8 – qol (penaltilər: dəqiq/qeyri dəqiq), 9 – sarı vərəqə (qırmızıya çevrilənlər), 10 – qırmızı vərəqə
banner

Oxşar Xəbərlər