• şənbə, 20 Aprel, 00:36
  • Baku Bakı 15°C

Berti Foqts milli komandaya 25 futbolçu çağırdı

02.10.13 12:25 1335
Berti Foqts milli komandaya 25 futbolçu çağırdı
Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarına 25 futbolçu çağırıb.
Oktyabrın 11-də Şimali İrlandiya, 15-də Rusiya yığmasını qəbul edəcək millimiz hazırlıqlara oktyabrın 5-də start verəcək. Lakin ölkə xaricində çıxış edən legionerlərimiz yığmaya bir az gec qoşulacaq.
Ufuk Budak və Rüfət Dadaşov toplanışda oktyabrın 6-dan, Ruslan Abışov və Cihan Özkara oktyabrın 7-dən etibarən iştirak edəcək. Əli Gökdəmirin millinin toplanışına qoşulacağı vaxt hələ dəqiqləşməyib.
Foqts bu dəfə 25 futbolçudan başqa daha 5 oyunçunu ehtiyat heyətə daxil edib. Əsas “25-lik”dən kiminsə komandadan kənarlaşdırılacağı halda, həmin oyunçulara ehtiyac yaranacaq. Almaniyalı mütəxəssis sentyabrın 7-də İsraillə qarşılaşmaya çağırılan 24 nəfərlik heyətdə cüzi dəyişikliklər edib.
Ruslan Qurbanovu (“Sumqayıt”) ümumiyyətlə siyahıdan çıxaran çalışdırıcı Elhad Nəzirini (“İnter”) ehtiyata göndərib. Onunla yanaşı, daha 4 futbolçu bura daxil edilib. Foqts bu cütlüyün yerinə Ruslan Əmircanov (“İnter”), Əli Gökdəmir (“Hannover II”, Almaniya) və Vaqif Cavadovu (“İnter”) komandaya çağırıb. İsraillə oyuna çağırılan, amma zədə səbəbindən sonradan toplanışa qatılmayan Əfran İsmayılovla (“Bakı”) Səlahət Ağayevin (“İnter”) yenidən sıraya dönməsi ötən ay onları əvəz edənlərin yolunu bağlayıb.
Belə ki, İsraillə qarşılaşmaya sonradan dəvət olunan Aqil Məmmədovla Cavid Hüseynoov (hər ikisi “Bakı”) Foqtsa lazım olmayıb.
Qapıçılar: Kamran Ağayev (“Bakı”), Anar Nəzirov (“Sumqayıt”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hər üçü “Qarabağ”), Vladimir Levin, Elnur Allahverdiyev (hər ikisi “Qəbələ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Neftçi”), Ufuk Budak (“Əskişəhərspor”, Türkiyə), Əli Gökdəmir (“Hannover II”, Almaniya), Ruslan Əmircanov (“İnter”)
Yarımmüdafiəçilər: Qara Qarayev, Vüqar Nadirov (hər ikisi “Qarabağ), Ruslan Abışov (“Rubin”, Rusiya), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Cavid Hüseynov, Əfran İsmayılov (hər ikisi “Bakı)
Hücumçular: Rauf Əliyev (“Bakı”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfət Dadaşov (“Kayzerslautern II, Almaniya), Vaqif Cavadov (“İnter”).
Ehtiyat oyunçular: Elhad Nəziri (“İnter”), İlkin Qırtımov (“Simurq”), Şəhriyar Əliyev, Elvin Məmmədov *hər ikisi “Bakı”), Pərdis Fərcad-Azad (“Sumqayıt”)
banner

Oxşar Xəbərlər