• cümə, 29 Mart, 05:03
  • Baku Bakı 7°C

Berti Foqts: “...Hamı mənə dəli deyərdi”

11.07.14 14:28 1000
Berti Foqts: “...Hamı mənə dəli deyərdi”
“Almaniya yığmasının Braziliya üzərində qələbəsi yox, vurulan qolların sayı təəccüblü oldu. Mən hesabın 4:1 olacağını söyləsəydim, hamı mənə dəli deyərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis DÇ-2014-ün yarımfinalında həmyerlilərinin Braziliyanı 7:1 hesabı ilə darmadağın etməsindən danışıb: “Almaniyanın güclü olduğunu bilirdim. Braziliyanın belə halla üzləşməsi də üzücüdür. Bunun səbəbi Yoahim Lövün rəqibi yaxşı təhlil etməsi idi”.
Foqts Bundestimin rəqibinin müəyyənləşdiyi yarımfinal cütündə Argentina ilə Hollandiyanın oynamasına da toxunub: “Finalda Hollandiya ilə qarşılaşmağımız daha yaxşı olardı. Çünki onları, Aryen Robbeni daha yaxşı tanıyırıq. Hollandiyanın problemi ondadır ki, böyük klublarda oyunçuları çox azdır. Çox şadam ki, Lui van Qal kimi mütəxəssis bundan sonra mənim sevimli klubum “Mançester Yunayted”də çalışacaq”.
Mundial vaxtı ABŞ millisində həmyerlisi Yurgen Klinsmannın məsləhətçisi kimi çalışan Foqts amerikalılarla işbirliyinin sona çatdığını, artıq yalnız millimizi düşündüyünü qeyd edib: “Azərbaycan millisinin baş məşqçisi kimi müqaviləm var. Komandanı qarşıdakı seçmə oyunlarına hazırlamalıyam. Bolqarıstan, İtaliya, Xorvatiya ilə görüşlər mənim üçün daha vacibdir. Rəqiblərimiz də asandı (gülür). Bu oyunlarda siz görəcəksiz”.
banner

Oxşar Xəbərlər