• çərşənbə axşamı, 16 aprel, 16:35
  • Baku Bakı 19°C

Berti Foqts futbolçularımıza Ronaldunu nümünə göstərdi

05.06.13 13:51 1698
Berti Foqts futbolçularımıza Ronaldunu nümünə göstərdi
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, “Şeraton” otelində jurnalistlər qarşısına çıxan almaniyalı mütəxəssis ilk olaraq 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə iyunun 7-də keçiriləcək ev oyununa hazırlıq haqda danışıb.
- Hazırlıqdan razıyam. Şadam ki, Qətərlə oynamaq imkanımız oldu və onlara minnətdaram. Çempionat bitdiyindən, futbolçular məşq etmədiyindən, bu yoldaşlıq görüşü bizim üçün vacib idi. Oyunçuların məşq prosesindən razı qalmışam. Elə oyunçular var ki, 100 faiz hazır deyillər. Onlar zədəlidirlər və vəziyyətlərinin düzəlməsini gözləməliyik. Bəzi futbolçular Lüksemburqla oyundan razı qalmadığımdan, borclarını qaytarmalıdırlar. Hər oyunçu 100 faiz əlindən gələni etsə, onda qalib gələcəyik. Sözsüz ki, qələbəni qazanmaq lazımdır. Bizə qələbəni heç kim, o cümlədən Lüksemburq hədiyyə etməyəcək. Biz öz hücumlarımızı cinahlardan qurmalıyıq. Mərkəzdən qursaq, onlara qol vurmaq çətin olacaq. İki məşqimiz qalıb, standart vəziyyətlərdə çox işləyəcəyik. İyunun 7-də qalib gəlmək istəyirik.
- Rauf Əliyevə Vüqar Nadirov yoxluğunda hücum xəttində problem olmayacaq?

- Burada əsas söhbət ondadır ki, biz hücuma gec qoşuluruq. Problem təkcə Raufla Vüqrala bağlı deyil. Cihan Özkara da heyətdə yoxdur. Pərdis Fərcad-Azadın da zədəsi olduğundan, oynayıb-oynamayacağı bilinmir. Dörd hücumçunun yoxluğu itkidir. Çempionatın bombardirlər siyahısına baxsaq, ilk 10 futbolçu arasında azərbaycanlı yoxdur.
- Belə demək olar ki, Arif İsayev ilk dəqiqələrdən oynayacaq?

- İndi bunu tam deyə bilərəm. Onu çoxdan görməmişdim. Məşqdə razı qalsam da, Qətərlə oyunda tam istədiyimi ala bilmədim. Gözəl insandır, ancaq bizə Lüksemburqla matçda aqressiv, sürətli futbolçular lazımdır. Mən həmin mövqedə Vaqif Cavadovdan çox şey gözləyirəm.
- Vaqifdən fərqli Arif qol vurub...

- O, Türkiyənin I liqasında, Vaqif isə Azərbaycan Premyer Liqasında oynayır.
- Qətərlə oyunda qol vuran Rüfət Dadaşovun mərkəz hücumçusu kimi oynamaq şansı necədir?

- Bunu Rüfət məşqi ilə deməlidir. Həmin mövqedə Branimir Subaşiç, Elvin Məmmədov oynaya bilər. O da az qol vurub. Fərqi yoxdur, “Bavariya”dan Mario Qomes oynasın, hücumçuları zərbə mövqeyinə çıxarmaq lazımdır. Bu, bizdə problemdir.
- Yarımmüdafiə və hücum xəttində problemləri nəzərə alsaq, “Qəbələ”dən Dodo, “Neftçi”dən Flavinyonun milliləşdirilməyi mümkündür?

- Bu suala cavab verə bilmərəm. Məncə, onlar hazırda Azərbaycan yığmasında oynaya bilməzlər. Bütün legionerlər başqa ölkənin yığmasında çıxış etmək hüququna malik deyillər. Son illərdə gənc futbolçulara özlərini göstərməyə imkan vermişik. Buna vaxt lazımdır. Mən baş məşqçi kimi ilk növbədə azərbaycanlılara şans vermək istəyirəm. Şvaynştaygerə Azərbaycan pasportu ver, bununla iş bitmir. Ronaldu elə-belə bu səviyyəli futbolçu olmayıb, gündə 5 dəfə məşq edir. Azərbaycanın 17 yaşlılardan ibarət yığmasında 4-5 oyunçu var. Mən legionerlərin yığmaya cəlb olunmağı ilə bağlı suala həvəssiz cavab verirəm. Sənədləşmədə problem var, FİFA buna diqqət yetirir.
- Lüksemburqa qalib gəlməsək, millimizin üstündən qara xətt çəkə bilərik?

- Mən qələbə gözləyirəm. Mənfi fikirləşmək lazım deyil. Bu zaman mənfi nəticə əldə edilir. Hər bir şəxs ölkəsi ilə fəxr etməlidir. Futbolçular 100 faiz güclərini qoysalar, qələbə qazanacağıq.
- Azarkeşləri stadiona dəvət edərik, nə söz verdiniz?

- Futbolçularımdan çox şey asılıdır. Onlar öz oyunları ilə azarkeşlərə siqnallar verməlidir. Mən Qazaxıstana qalib gəldiyimiz stadionda ab-havanı görmək istərdim.
- Millimiz ilk dəfə oynayacağı “Bakcell Arena”da qalib gələrsə, daha Respublika stadionunda yox, orada matç keçirməyi düşünürsünüz?

- Biz başqa stadionlarda da oynamışıq. Ancaq Rusiya ilə ev oyununu “Bakcell Arena”da keçirə bilmərik. Çünki həmin matça çoxlu azarkeş gəlmək istəyəcək. Ancaq Şimali İrlandiya ilə “Bakcell Arena”da oynamağı özüm üçün təsəvvür edirəm. Rusları isə “Tofiq Bəhramov”da udmaq istəyirik.
banner

Oxşar Xəbərlər