• şənbə, 20 Aprel, 16:47
  • Baku Bakı 23°C

Berti Foqts: “Əgər bu 6 ildə heç bir uğur qazanılmırsa... “

30.07.13 14:42 1280
Berti Foqts: “Əgər bu 6 ildə heç bir uğur qazanılmırsa... “
“Azərbaycan millisini vaxtından əvvəl tərk edəcəyimlə bağlı yayılan şayiələr başdan-ayağa boş söz-söhbətdir. Bu il DÇ-2014-ün bir neçə seçmə oyunu və yoxlama matçlarımız qalıb. Həmin qarşılaşmalarda da öz postumda oturacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis vətənində verdiyi açıqlamada postunu tərk etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Foqts AFFA-nın ona alternativ məşqçi axtarışlarına başlayacağını açıqlamasından sonra dəyişikliyin tez baş verməsini həqiqətəuyğun saymır. O, müqaviləsinin başa çatmasından sonrakı müzakirələrə də hazır olduğunu bildirib: “Bu ilin sonunda müqaviləm başa çatır. Artıq 6 ildir Azərbaycandayam. Anlaşmam başa çatandan sonra bir yerə yığışıb, işimi müzakirə edəcəyik. Əgər 6 il ərzində heç bir titul qazanılmırsa, deməli, əməkdaşlığımızın davamının müzakirə olunması normaldır”.
Qeyd edək ki, bu ilin sonunadək yığmamız DÇ-2014-ün seçmə mərhələsində İsrail, Şimali İrlandiya və Rusiya ilə, yoxlama oyunlarında isə Malta, Estoniya, Qırğızıstanla üz-üzə gələcək.
banner

Oxşar Xəbərlər