• cümə axşamı, 25 aprel, 02:13
  • Baku Bakı 19°C

Berti Foqts dünyaca məşhur futbolçu ilə görüşüb

13.01.14 10:58 1224
Berti Foqts dünyaca məşhur futbolçu ilə görüşüb
Yanvarın 10-dan etibarən Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Braziliya millisinin əfsanəvi futbolçusu Roberto Karlosla görüşüb.
Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən klubların məşqini və yoxlama oyunlarını izləmək üçün qardaş ölkəyə yollanan almaniyalı mütəxəssis hazırda Türkiyə Superliqasında çıxış edən, millimizin üzvü Cihan Özkaranın da formasını geyindiyi “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşdə gündəmdə olan məsələlərə dair fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Foqts və onun köməkçisi Volfqanq Rollf “Simurq”un baş məşqçisi Georgi Çixradze ilə də görüşüb, həmçinin komandanın məşqini izləyib. Almaniyalı mütəxəssis daha öncə "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın oyunlarını və məşqlərini izləyib, komandaların baş məşqçiləri ilə görüşüb.
banner

Oxşar Xəbərlər