• çərşənbə axşamı, 19 mart, 14:32
  • Baku Bakı 8°C

Bertan Zaroğlu: Azərbaycanda keçiriləcək seçkilər ölkənin inkişafının davamı olacaq

22.03.18 18:45 502
Bertan Zaroğlu: Azərbaycanda keçiriləcək seçkilər ölkənin inkişafının davamı olacaq
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkənin inkişafının davamı olacaq.
Bunu Sechki-2018.az saytına açıqlamasında Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin üzvü Bertan Zaroğlu deyib.
O qeyd edib ki, bu gün Azərbaycan türk dünyasının ən inkişaf etmiş ölkələrindəndir: "Azərbaycanın tutduğu düzgün yol, qazandığı böyük nailiyyətlər türk dünyası üçün böyük bir önəm daşıyır. Mən Azərbaycanı öz vətənim hesab edirəm. Bu ölkədə keçirilən seçkilər başda olmaqla, bütün siyasi prosesləri hər zaman izləyirəm. Bu günə qədər Azərbaycanda formalaşan uğurlu seçki təcrübəsinə əsaslanaraq inamla deyə bilərəm ki, 11 aprel seçkiləri də şəffaf və demokratik şəraitdə keçəcək”.
banner

Oxşar Xəbərlər