• cümə, 19 Aprel, 22:37
  • Baku Bakı 24°C

"Bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizdir"

10.12.18 14:45 545
"Bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizdir"
Azərbaycanda 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTACxəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov dekabrın 10-da Bakıda işə başlayan "AgTech and Green Energy” mövzusunda beynəlxalq forumda deyib.
Nazir qeyd edib ki, hazırda ölkənin ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizdir: "Lakin Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür. Təxminən 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır. Bərpaolunan enerji mənbələrinin payının ümumi enerji balansındakı payının artırılması və enerji səmərəliliyi istiqamətində kompleks tədbirlər həyata keçirilir".
banner

Oxşar Xəbərlər