• cümə, 29 Mart, 11:13
  • Baku Bakı 5°C

Berluskoni xələfini tənqid etdi

05.02.18 14:20 797
Berluskoni xələfini tənqid etdi
"Milan”ın sabiq prezidenti Silvio Berluskoni komandanın hazırkı sahibi Li Yonhonu kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, Berluskoni Linin idarəetmə metodundan narazılıq edib. O, özünün idarəetmə sistemindən də danışıb. Berluskoni "Milan”a qayıtmayacağını bildirib:
"Onu əvəzləmək lazımdır, burda, İtaliyada. Mən prezident vəzifəsini başqa cür icra edirdim, daim komandaya yaxın olurdum.
Futbolçulardan kimsə zədə alırdısa, ona həftə içi zəng edirdim. İstəyirdim ki, həmin futbolçu mənim dəstəyim barədə məlumatlı olsun.
Şənbə günü isə futbolçularla söhbətləşir, rəqibi müzakirə edirdik. Təəssüf edirəm, indi "Milan”a qayıda bilmərəm. Buna nə mənim, nə övladlarımın, nə də dostlarımın imkanı yoxdur.
Klubu satmaq barədə qərar qəbul etmək çox ağır idi. Ancaq artıq bu qərar qəbul olunub”.
banner

Oxşar Xəbərlər