• cümə, 29 Mart, 13:52
  • Baku Bakı 14°C

Berlində Türk-Azərbaycan Birliyinin iclası keçirilib

11.11.14 12:39 988
Berlində Türk-Azərbaycan Birliyinin iclası keçirilib
Berlində - Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Almaniyadakı Türk-Azərbaycan Birliyi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Berlin-Brandenburq Atatürkçü Duşuncə Dərnəyinin nümayəndələri də iştirak edib. Diasporla İş Üzrə Dövlət Komitəsindən “Kaspi”yə bildirilib ki, iclası giriş sözü ilə açan Almaniyadakı Türk-Azərbaycan Birliyi İdarə Heyətinin sədri Hakki Kəskin gündəmdə olan vacib mövzulara toxunub. Müzakirəyə çıxarılan əsas məsələ erməni fitnəkarlıqları ilə Türk dünyasına qarşı törədilmiş soyqırımların dünyaya çatdırılmasına dair təbliğati işlərin aparılması olub. Hakki Kəskin xüsusilə, 2015-ci ildə gözlənilən erməni təxribatlarına hazırlıq haqqında danışıb.
Müzakirələrdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahattin Kaya, Atatürkcü Düşüncə Mərkəzinin sədri Olcay Başeğmez, AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova və digəriləri çıxış edərək fikirlərini bölüşüblər.
Daha sonra İdarə Heyətinin üzvləri 2014-cü ilin dekabr ayı üçün planlaşdırılmış tədbirlər - 6-7 dekabrda Berlində, 13-14 dekabrda Hamburqda keçiriləcək seminar və konfransın təşkili ilə bağlı məsələləri də müzakirə ediblər. Nəzərdə tutulan seminar və konfranslar qondarma erməni soyqırımının tarixi və arxiv faktları ilə ifşasına dair məlumatların, «soyqırımın» yalan və iftiralar əsasında uydurulduğunu sübut edən faktların açıqlanmasına həsr ediləcək. Tədbirdə Azərbaycan Respublikasının millət vəkili, professor Musa Qasımlı, Türkiyə və Almaniyadan olan elm və siyasət nümayəndələrinin çıxışı gözlənilir.
Türk-Azərbaycan Birliyi İdarə Heyətinin iclası Türk dünyasının gələcəyinə dair bir sıra məsələlərin müzakirəsi və bu istiqamətdə aparılan işlərin səmərəsini artırmaq üçün mühüm qərarların qəbul edilməsi ilə başa çatıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər