• cümə, 19 Aprel, 17:39
  • Baku Bakı 25°C

Berlində Azərbaycan və Mərkəzi Asiya rəssamlarının sərgisi açılacaq

10.06.17 13:50 1213
Berlində Azərbaycan və Mərkəzi Asiya rəssamlarının sərgisi açılacaq
İyunun 25-də Almaniyanın paytaxtında yerləşən Berlin-Bakı qalereyasında "Azərbaycan Mərkəzi Asiya ilə Berlində görüşür” adlı sərgi açılacaq.
AZƏRTACqalereyanın saytına istinadla xəbər verir ki, iyulun 29-dək davam edəcək sərgidə rəssamlar Rasim Hüseynovun (Azərbaycan), Samat İşenbekovun (Qırğızıstan), Sayyora Muinin (Özbəkistan) və Kodir Rahimovun (Tacikistan) əsərləri nümayiş olunacaq.
Xatırladaq ki, 2007-ci ildə açılmış Berlin-Bakı qalereyasının fəaliyyətinin məqsədi almaniyalı və azərbaycanlı rəssamların, heykəltəraşların və digər incəsənət nümayəndələrinin əsərlərinin birgə sərgisinin təşkili və xalqlarımız arasında mədəni münasibətlərin daha da intensivləşməsinə töhfə verməkdir.
banner

Oxşar Xəbərlər