• cümə, 29 Mart, 13:44
  • Baku Bakı 14°C

Berlin Vaşinqtona xəbərdarlıq edib

15.01.19 12:45 479
Berlin Vaşinqtona xəbərdarlıq edib
Almaniyanın hakim Xristian-Demokrat İttifaqı (XDİ) hər hansı bir dövlətin, hətta ABŞ-ın alman biznesinə təzyiq göstərməsini yolverilməz hesab edir.
AZƏRTACxəbər verir ki, bu bəyanatı partiyanın sədri Anneqret Kramp-Karrenbauer Ağ evin "Şimal axını-2” layihəsində iştirak edən alman şirkətlərinə qarşı davam edən təzyiqinə cavab olaraq səsləndirib. Mübahisələri alovlandıran son qığılcım Birləşmiş Ştatların Almaniyadakı səfiri Riçard Qrenellin mətbuatda yayılan sözləri olub. Bu addımın Vaşinqtonun Berlinə ilk təzyiqi olmadığını diqqətə çatdıran Kramp-Karrenbauerin bəyanatında qeyd olunub: "Deməliyəm ki, bu cür diplomatik müraciət forması yolverilməzdir, lakin bizim üçün yeni də deyil. Biz səfirin vəzifəsinin icrasına başladığı zaman da bu cür halla qarşılaşmışıq. Artıq alman biznesmenləri bu təzyiqə layiqli cavab veriblər”.
banner

Oxşar Xəbərlər