• cümə, 29 Mart, 17:49
  • Baku Bakı 14°C

Berlin kino festivalının qalibi elan edilib

25.02.18 09:20 807
Berlin kino festivalının qalibi elan edilib
"Toxunma” (Touch Me Not) filmi 68-ci Berlin kino festivalının baş mükafatı olan "Qızıl ayı”ya layiq görülüb.

APA-nın xəbərinə görə, bu barədə festivalın münsiflər heyəti ötə gün elan edib.

"Toxunma” filmi Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçıları tərəfindən birgə istehsal olunub. Filmdə öz fobiyaları ilə mübarizə aparan 50 yaşlı Loranın keçdiyi yoldan bəhs edilir.

Qeyd edək ki, fevralın 15-dən davam edən Berlin kino festivalında 385 film nümayiş olunub və onlardan 24-ü əsas müsabiqəyə buraxılıb.
banner

Oxşar Xəbərlər