• cümə axşamı, 28 mart, 21:37
  • Baku Bakı 13°C

Berlin Etnologiya Muzeyindəki 120 qədim əşya

31.07.15 13:01 7458
Berlin Etnologiya Muzeyindəki 120 qədim əşya
Muzeyin departament müdiri İnqrid Şindelberq: “Bu əşyaları Bakıdan alıb Berlinə gətirmək o qədər də asan olmadı”

Dünya etnologiya muzeylərindən ən nəhəngi sayılan Berlin Etnologiya Muzeyi Almaniya paytaxtının digər muzeyləri kimi şəhərin mərkəzində deyil, xeyli kənarda yerləşir. Muzeyə getmək üşün ən yaxşı nəqliyyat vasitəsi metrodur. “U-Bahnhof Dahlem-dorf” stansiyasından çıxandan sonra piyada 5 dəqiqəlik yol ziyarətçiləri Zehlendorfda yerləşən muzeyə aparır.
Muzey eksponatlarının yaxşı saxlanması üçün seçilən yamyaşıl ərazidə yerləşən muzey binası arxitektura görkəmi ilə də fərqlənir. Berlin-Dahlem Muzey Mərkəzində yerləşən Etnologiya Muzeyi 1873-cü ildə Adolf Bastian tərəfindən yaradılıb. Dünya ölkələrinin etnoloji kolleksiyalarının saxlandığı bina İkinci Dünya Müharibəsi illərində dağılıb və muzeyin əşyaları yeraltı anbarlarda qorunub saxlanıb.
Dünyanın müxtəlif xalqlarının bərpa olunmuş yaşayış məskənləri, eləcə də qayıqlar, bürüncdən hazırlanmış əşyalar muzeyin xüsusi qürurudur. Muzeydə, həmçinin etnik musiqinin ilk kolleksiyalarından biri - Berlin fonoqram arxivinin səsyazmaları, filmlərin arxivi, uşaqlar ucun mini-muzey və gözdən əlil olanlar ucun muzey qorunub saxlanılır. Dünyaca məşhur bir muzeydə Azərbaycanla bağlı eksponatlar da var.
200 il bundan sonra da
Berlin Etnologiya Muzeyinin İslam Şərqi Departamentinin müdiri İnqrid Şindelberq bizimlə söhbətində muzeyə Azərbaycandan qədim kilimlər, paltarlar, məişət əşyaları və s. gətirildiyini bildirdi. Belə ki, hazırda muzeydə Azərbaycandan aparılan 120 qədim eksponat saxlanılır. Muzeyin ekspozisiyalarında yer almasa belə, arxivdə qorunan eksponatlarla tanış ola bildik. 1992-cı ildə Azərbaycana gələn və bir müddət Şəkidə yaşayıb tədqiqatlar aparan İ.Şindelberq həmin dövrün ona böyük təcrübə verdiyini və ölkəmzin etnologiya tarixi ilə bağlı zəngin məlumatlar əldə etdiyini qeyd etdi: “Bundan sonra Azərbaycanla bağlı kolleksiya hazırlamağı qərara aldım. O zaman bu kolleksiyanı toplamaq çox çətin idi. Çünki onda Bakıda qədim əşyalar satan dükanlar çox az idi. Ona görə də mən çox az eksponat ala bildim”. Departament direktoru xatırlayır ki, o zaman Bakıda yaşayan insanlar öz evlərindəki qədim əşyaları sənət muzeyinə gətirir və satışa çıxarırdılar. O da həmin əşyaları pulla ala bilirmiş: “Qədim əşyaların satışı ilə bağlı elanı eşidən kimi sənət muzeyinə getdim. Həmin muzeyə çoxlu insanlar gəlir və öz seçimlərini edirdilər. Mən 120 qədim əşya ala bildim. Onların arasında qədim paltarlar, papaqlar, xalça və palazlar, məişət əşyaları və s. var idi. Bunlar əsasən 19-cu əsrin sonuna aid olan əşyalar idi”.
Direktorun vaxtilə ölkəmizdən satın alıb apardığı eksponatlar hazırda Etnologiya Muzeyinin arxivində saxlanılır. “Bu əşyaları alıb Berlinə gətirmək o qədər də asan olmadı. Hər şeydən əvvəl bunları sənədləşdirmək lazım idi” - deyə xanım İnqrid xatırlayır: “Hər bir eksponatın fotoşəklini çəkmək lazım idi. Əlaqədar orqanların nümayəndələri əsərlərin ölkədən çıxarılması üçün müəyyən prosedurlardan sonra bizə razılıq verdilər. Azərbaycanın Almaniyadakı səfirliyi də bu eksponatlar haqqında məlumatlıdır. Onlar muzeyə gələrək əşyalarla tanış olublar. Biz bu əşyaları qoruyub saxlayırıq. Bəlkə 200 il bundan sonra da əşyalar muzeydə qalacaq”. Muzeyin rəsmisi Azərbaycana aid eksponatların ekspozisiyalarda yer almamasına da aydınlıq gətirdi: «Muzeydə 500 mindən çox eksponat var. Onların hamısının sərgilənməsi qeyri-mümkündür. Bununla belə, biz ekspozisiyada olan əşyaları vaxtaşırı dəyişirik. Və Azərbaycanla bağlı eksponatlar da zamanla sərgiyə çıxa bilər».
Hazırda muzeydə saxlanan Azərbaycana aid eksponatlarla arxivdə tanış olmaq mümkündür. Bunlar əsasən buxara papaq, milli paltar, çarıq, kilim, xalça, mütəkkə, kələğayı və digər baş örtükləri, Quran altlığı, siqar qabı, lampa, gülabqabı, camlar və sairdən ibarətdir. Əşyalar Azərbaycanın müxtəlif bölgələrinə aiddir. Muzeydə yer alan eksponatlar içərisində tanınmış xəttat Seyfəddin Mənsimoğlunun əsərləri də var: «Bakıda olarkən xəttatın əsərləri ilə tanış oldum və bu əsərlər mənim çox xoşuma gəldi. Onlardan bir neçəsini alıb gətirməyə müvəffəq oldum”.
“Azərbaycan - Odlar Yurdu”
Muzeyin direktoru həmin eksponatlardan ibarət böyük sərgi təşkil etdiklərini də qeyd etdi. 2008-ci ildə baş tutan sərgidə ölkəmizin birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Almaniya-da Azərbaycan İli çərçivəsində keçirilən sərgi Azərbaycanın tarixini, maddi-mədəni irsini al-man tamaşaçısına ətraflı təqdim etmək məqsədi daşıyıb. Sərgi “Azərbaycan - Odlar Yurdu” adı ilə xeyli seyrçi toplaya bilib. Daha sonra sərgi Drezden Etnologiya Muzeyində davam etdirilib.
Xanım İnqrid deyir ki, həmin sərgi sanki yeddi mövzuya bölünərək tariximizin müxtəlif dönəmlə-rini əhatə edib. Ekspozisiyaya memar Günter Hüger tərəfindən bədii tərtibat verilib. Sərgini möh-təşəm edən daha bir məqam Almaniya muzeylərindən gətirilən 20 eksponat olub. Belə ki, Drez-den Milli Kitabxanasında əsrlər boyu qorunub saxlanan “Kitabi Dədə Qorqud”un XVI əsrə aid nadir nüsxəsi, Azərbaycanda nücum (astrologiya) elminin inkişafından xəbər verən 13-cü əsrə aid metal qlobus və s. kimi tariximizin əvəzsiz inciləri sərgilənib. Ekspozisiyaya Dövlət İncəsənət Mu-zeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musi-qi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “Şirvanşahlar Saray-komplek-si” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir şə-hərinin tarixi muzeylərindən eksponatlar daxil edilib. Milli Tarix Muzeyi, Nizami adına Ədəbiy-yat Muzeyi, Əlyazmalar İnstitutu, Dövlət Arxiv İdarəsi və Milli Kitabxanadan da eksponatlar nü-mayiş olunub.
Sərgidə ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış və əvəzsiz tarixi-mədə-ni dəyər kəsb edən eksponatlardan “Şüşə qab” (b.e.ə. II əsr), “Tunc qolbaq” (b.e.ə. V-IV əsrlər), “Tunc boyunbağı” (b.e.ə. V-IVəsrlər), “Tunc xəncər” (b.e.ə. IX-VIII əsrlər), “Gil qab” (b.e.ə. IV-I əsrlər), “Tunc maral fiquru” (b.e.ə. V-IV əsrlər), “Küp” (b.e.ə. VIII əsr), eyni zamanda, eramı-zın XIII əsrinə aid edilən müxtəlif ölçülü daş kitabələrlə yanaşı xalq sənətkarlığının nümunə-si olan “Satıl” (XIX əsr), "Dolça" (XIX əsr), "Məcməyi" (XIX əsr), “Manqal” (XIX əsr), elə-cə də, çağdaş dövrümüzə qədər yaşayan, adı YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-mad-di irsinin şah əsərləri” siyahısına daxil edilən muğamın atributları - tar, kaman, qaval, habelə, zur-na, ney, qoşanağara kimi xalq musiqi alətləri də sərgidə özünəməxsus yer tutub. Həmçinin mil-li maddi-mədəni irsin çoxlu başqa nümunələri - qədim əlyazmalar, miniatür, dekorativ tətbi-qi və təsviri sənət əsərləri də sərgilənib. Klassik Azərbaycan poeziyasının korifeylərindən Niza-mi Gəncəvinin “Xəmsə”si (XII əsr), Nəsiminin “Divan”ı (XVI əsr), Şeyx Mahmud Şəbüstəri-nin “Gülşəni-Raz” (XV əsr), Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərləri (XVI əsr) ilə yana-şı, ibn Sinanın “Əl-Qanun fit-tibb”, Əbri ibn Adilin astrologiyaya aid kitabları, əlyazmaları sərgi-nin eksponatları sırasına daxil edilib. Sərgidə “Əkinçi” qəzetinin ilk sayı, Şərqin miniatür məktəbi-nə aid əsərlər də xüsusi maraq doğurub. Qədim tarixə, zəngin ənənələrə malik olan Azərbay-can dekorativ tətbiqi sənətinin tikmə, xalçaçılıq, milli geyim kimi nümunələri də təqdim olu-nub. “Qadın köynəyi” (XIX əsr), “Tuman” (XIX əsr), “Araqçın” (XIX əsr), “Çəpkən” qa-dın üst geyimi (XIX əsr), “Arxalıq”- yay qadın geyimi (XIX əsr), “Külədcə”- qadın üst geyi-mi (XIX əsr), “Ləbbadə” (XIX əsr) və Azərbaycan sənətkarlarının zərif duyğularını, incə zövqü-nü yaşadan başqa libaslar seyrçilərin diqqətini cəlb edib.
Direktorun dediyinə görə, ekspozisiyadakı xalçalara da böyük maraq olub. “Tikmə” (XIX əsr), “Xalça - Vərni” (XIX əsr), "Xalça -Bakı" (XIX əsr), “Xalça - Ərciman” (XIX əsr), “Xalça - Buy-nuz” (XIX əsr), “Xalça - Gəncə” (XIX əsr) və digər işlər diqqətəlayiq sənət əsərləri kimi maraq doğurub. Həmçinin “Qız Qalası” qalereyasından sərgiyə təqdim olunan 23 əsər isə Azərbayca-nın çağdaş təsviri sənət dünyası ilə sərgi iştirakçılarını yaxından tanış edib. Ümumilikdə sərgi təx-minən bir il ərzində alman tamaşaçılarının Azərbaycanın qədim mədəniyyəti ilə yaxından tanış ol-maqları üçün daha bir imkan yaradıb.
Xanm İnqrid sonda bildirdi ki, həmçinin muzey tərəfindən Azərbaycan incəsənətinə aid «Azərbaycan, odlar yurdu» adlı kitab da dərc edilib. Tədris vəsaiti kimi hazırlanan kitab alimlər və tələbələr üçün nəzərdə tutulub.
Təranə Məhərrəmova
Berlin
Bu məqalə Bakcell Şirkətinin dəstəyi ilə hazırlanıb

banner

Oxşar Xəbərlər