• çərşənbə, 08 May, 08:34
  • Baku Bakı 13°C

Berlin-Əlcəzair: qaçqınlar problemi üzrə razılıq əldə edilib

18.09.18 15:15 326
Berlin-Əlcəzair: qaçqınlar problemi üzrə razılıq əldə edilib
Əlcəzair Almaniyada sığınacaq verilməsi imtina olunduqdan sonra oradan məcburi çıxarılacaq vətəndaşlarını qəbul etməyə hazırdır.AZƏRTACxəbər verir ki, bu fikri ölkənin Baş naziri Əhməd Uyahya AFR kansleri Angela Merkelin Əlcəzairə səfəri zamanı səsləndirib.
"Biz beş min də miqrant qəbul edərik”, - deyən Uyahya onu da əlavə edib ki, bu addım söhbətin Əlcəzair vətəndaşlarından getdiyi dəqiq müəyyənləşdirildikdən sonra atılacaq.
Məlumatda 3700 nəfər əlcəzairliyə AFR ərazisini dərhal tərk etmək barədə göstəriş verildiyi bildirilir.
Merkel öz növbəsində danışıqların gedişindən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, deportasiya prosesini daha səmərəli etmək məqsədilə yeni "müsbət modallıqlar” əldə olunub. Berlin gənc əlcəzairlilərin Almaniyaya leqal gəlmək imkanının olması üzərində işləyəcək. Bu baxımdan söhbət viza məsələlərində irəliləyişdən gedir.
Angela Merkel Əlcəzairə Avropa İttifaqının sentyabrın 19-20-də Avstriyanın Zaltsburq şəhərində keçiriləcək fövqəladə sammiti ərəfəsində gedib. Sammit iştirakçıları miqrasiya problemini müzakirə edəcəklər. Bundan əvvəl Avstriyanın federal kansleri Sebastyan Kurts dekabr ayında Vyanada Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə Afrika üzrə yüksək səviyyəli görüş keçirilməsini təklif etmişdi.
banner

Oxşar Xəbərlər