• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

“Berkut”çu komandir həbsxanaya salındı

22.04.14 18:42 1451
“Berkut”çu komandir həbsxanaya salındı
Kiyevin Apellyasiya məhkəməsi Ukrayna Daxili İşlər Nazirliyinin “Berkut” Xüsüsi Təyinatlı Dəstəsini taqım komandiri Dmitri Sadovnikin ev dustaqlığının həbslə əvəzlənməsi barədə qərar qəbul edib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, o, Kiyevdə Müstəqillik Meydanında dinc etirazçıları güllələməkdə suçlu bilinir.
Mənbə bildirib ki, dinc nümayişçilərə atəş açan “Berkut”çu komandirin həbsxanada saxlanılması haqda dəyişikliyi prokurorluq təqdim edib.
Ukraynanın Baş Prokurorluğu 2014-cü il fevralın 18-20 tarixlərində kütləvi güllələnmə olayını araşdırır. İstintaq çərçivəsində “Berkut”-un bir çox hərbçisi, o cümlədən taqım komandiri və daha iki milis tutulub.
banner

Oxşar Xəbərlər