Bərdədə traktor yanıb

Bərdədə traktor yanıb

Kriminal
13 Avqust 2019, 10:00 3823
Bərdə rayonunda traktor yanıb.
 
FHN-dən Trendə verilən məlumata görə, rayonun Həsənqaya kəndində "T-28" markalı traktorun qoşqusunun 4 ədəd təkəri və qoşquya yığılan 7,5 ton ot bağlamasının 3 tonu yanıb.
 
Qoşqunun, ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.