• cümə axşamı, 28 mart, 23:37
  • Baku Bakı 13°C

Bərdədə kanalizasiya quyusunda partlayışın səbəbi məlum olub - Yenilənib

19.05.17 19:50 1852
Bərdədə kanalizasiya quyusunda partlayışın səbəbi məlum olub - Yenilənib
Bərdə şəhərində kanalizasiya quyusunda baş verən partlayışın səbəbi məlum olub.

Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil ZiyadovAPA-ya açıqlamasında deyib ki, vətəndaş Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb.

O qeyd edib ki, həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb: "Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur”.

Qeyd edək ki, bu gün Bərdə şəhəri, Ədalət Ədilov küçəsi, ev 34 ünvanında həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
-----------
18:34

Bərdə şəhərində kanalizasiya quyusunda partlayış baş verib.

APA-nın Qarabağ müxbirinin verdiyi məlumata görə, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər