• cümə axşamı, 25 aprel, 11:58
  • Baku Bakı 14°C

Bərdədə azyaşlı övladlarını yanğından xilas edən ata xəsarət alıb

25.02.18 13:40 541
Bərdədə azyaşlı övladlarını yanğından xilas edən ata xəsarət alıb
Bərdə rayonunun Lək kəndində fərdi yaşayış evi yanıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Niyammədin Kərimova məxsus evin iki otağı elektrik naqillərində baş vermiş qısa qapanmadan yanıb.
Hadisə zamanı evdə olan iki azyaşlı körpəni alovdan xilas edən N.Kərimov yanıq xəsarəti alıb. Yanğın FHN-in Yanğın Mühafizə Xidməti tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.

banner

Oxşar Xəbərlər