• şənbə, 27 Aprel, 04:08
  • Baku Bakı 14°C

Bərdə taborunun komandiri olmuş Elçin Əliyev vəfat edib

24.02.14 08:57 1874
Bərdə taborunun komandiri olmuş Elçin Əliyev vəfat edib
Bu barədə APA-ya Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədr müavini Kamil Şirinov məlumat verib.
Keçmiş döyüşçü ötən gün axşam dünyasını dəyişib. O, müharibə zamanı aldığı kontuziyadan uzun müddətdir, əziyyət çəkirmiş.
Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra E. Əliyev AVMVB Nəsimi rayon təşkilatının sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, 1958-ci il təvəllüdlü E. Əliyev ixtisaslı hərbçi olub. O, 1992-ci ildə Bərdə taborunu yaradaraq Ağdam, Tərtər, Ağdərə, Kəlbəcər və Laçın rayonlarında gedən döyüşlərdə iştirak edib.
banner

Oxşar Xəbərlər