• çərşənbə axşamı, 23 aprel, 13:47
  • Baku Bakı 24°C

Bərdə sakini yoxa çıxdı

04.07.13 18:35 1257
Bərdə sakini yoxa çıxdı
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, həmin gün Anar Ələkbərovla kredit verdiyi müştərilərdən biri mübahisə edib. Mübahisədən bir neçə saat sonra Anarın yoxa çıxması onun yaxınlarında şübhə doğurub.
Mübahisə edən şəxslərin Anar Ələkbərovu Bərdə rayon ərazisindən keçən Yuxarı Qarabağ kanalına atmaları ehtimal edilir. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyinin Sulardan xilas etmə qrupu kanalda axtarış işləri aparıb. Aparılan axtarışlar hələlik heç bir nəticə verməyib. İtkin hesab edilən Anar Ələkbərovun mobil telefonunun bağlı olması onun öldürülmə ehtimalını daha da artırır. Hazırda hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən bütün şübhə doğuran ehtimallar üzrə təhqiqatlar aparılır.
banner

Oxşar Xəbərlər