• cümə, 29 Mart, 18:49
  • Baku Bakı 14°C

Bərdə rayonunda ana və qızının qətlinin təfərrüatları məlum oldu

01.06.20 10:07 784
Bərdə rayonunda ana və qızının qətlinin təfərrüatları məlum oldu
Bərdə rayonunda qətlə yetirilən ana və qızının şəxsiyyəti məlum olub.
Trend-in məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində baş verib. Kənd sakinləri Zeynalova Nəzirə və qızı Zeynallı Əminə Musa qızı odlu silahla qətlə yetirilib.
Məlumata görə, qətl ailə üzvləri tərəfindən törədilib. Hadisənin ev sahibi Musa Zeynalov və onun oğlu Tural Zeynallı tərəfindən törədildiyi bildirilir. Dəhşətli qətlin qısqanclıq zəminində baş verdiyi deyilir.
Qeyd edək ki, ailə Bərdə rayonunda məskunlaşsa da, əslən Ağdam rayonunun Maqsudlu kəndindən olan məcburi köçkünlərdir.
Kənd sakinlərinin Trend-ə verdiyi məlumata görə, ailə başçısı Musa Zeynalov oğlu Tural Zeynallı ilə birlikdə evə gələrək əvvəlcədən əldə etdikləri ov tüfəngi ilə həyat yoldaşı Nəzirə Zeynallını, sonra isə qızı Əminə Zeynallını qətlə yetirib. Artıq Musa Zeynallının saxlanıldığı bildirilir.
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanılıb.
banner

Oxşar Xəbərlər