• cümə, 29 Mart, 09:35
  • Baku Bakı 5°C

Benzemanın agenti azarkeşləri qınadı

23.01.18 12:15 771
Benzemanın agenti azarkeşləri qınadı
"Real”ın futbolçusu Kərim Benzemanın agenti Kərim Cəziri azarkeşlərin münasibətindən gileylənib.
Kaspi.az xəbər verir ki, "Real” azarkeşləri "Deportivo” ilə oyunda (7:1) Benzemanı fitə basıblar. Agent müştərisinin belə münasibətə layiq olmadığını bildirib:
"Real” qələbə qazanır və Kərim fitə basılır. Bu, ədalətli deyil. O, zədəsini sağaldandan – bir aydan sonra meydana qayıdırdı. Kərim həmişə kluba sədaqətli olub.
O, belə münasibətə layiq deyil və azarkeşlərin hərəkətini anlamır. Bu, klub tarixinin ən yaxşı 7-ci bombardiri olan futbolçuya qarşı hörmətsizlikdi.
O, səhv etdikdən sonra fitə basılmasını anlayışla qəbul edər. Ancaq 9 il klubda olan və bütün gücünü sərf edən biri üçün bunu qəbul etmək çox çətindir. Benzema ona da inanır ki, "Real”ın əsl azarkeşləri onu dəstəkləyir”.
banner

Oxşar Xəbərlər