• şənbə, 20 Aprel, 05:21
  • Baku Bakı 15°C

Benyamin Netanyahu İlham Əliyevi təbrik etdi

14.10.13 14:29 1441
Benyamin Netanyahu İlham Əliyevi təbrik etdi
Oktyabrın 14-də İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Benyamin Netanyahu Prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Benyamin Netanyahuya minnətdarlığını bildirmişdir.
Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
banner

Oxşar Xəbərlər