• cümə axşamı, 28 mart, 23:25
  • Baku Bakı 13°C

“Benfika”ya ağır ittiham, bütün turnirlərdən uzaqlaşdırıla bilər

07.09.18 12:14 595
“Benfika”ya ağır ittiham, bütün turnirlərdən uzaqlaşdırıla bilər
Portuqaliya nəhəngi "Benfika”ya qarşı ağır ittihamlar irəli sürülüb.
Kaspi.az xəbər verir ki, "Benfika” bütün turnirlərdən, o cümlədən Çempionlar Liqasından ən azı 3 mövsüm uzaqlaşdırıla bilər. Komandaya qarşı korrupsiya ittihamı və bir sıra qaydaları pozmaqla bağlı iş açılıb.
"Qartallar”a qarşı ittihamı Lissabon prokuroru irəli sürüb. O, klubu 30 cinayət əməlində ittiham edir. Bunların arasında aktiv korrupsiya, elektron dələduzluq, qanunsuz gəlir əldə etmək kimi ittihamlar var.
"Qartallar”a qarşı hakimləri ələ almaq, məxfi informasiyaları əldə etmək kimi ittihamlar isə lap çoxdan irəli sürülüb.
Klubun prezidenti Luiş Felipe Vieyra isə bütün bu ittihamları rədd edir. Onu da qeyd edək ki, "Benfika”nın hüquq məsləhətçisi Paula Qonsalveş 2018-ci ilin yazında saxlanılıb.
banner

Oxşar Xəbərlər