Ben Afflek “Dərin sular” trillerində çəkiləcək

Ben Afflek “Dərin sular” trillerində çəkiləcək

Mədəniyyət
03 Avqust 2019, 17:21 9989
Amerika aktyoru Ben Afflek "9 ½ həftə” və "Lolita” filmlərinin rejissoru Edrian Laynın "Dərin sular” trillerində çəkiləcək. Filmdə Afflekin tərəf-müqabili Amerika aktrisası Ana De Armas olacaq. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı "Deadline” yayıb.
Film Patrisiya Haysmitin eyniadlı romanının motivləri əsasında çəkiləcək.
Rejissor "Dərin sular” filminin çəkilişlərinə noyabrda başlamağı planlaşdırır. Hazırda o, aktyorlarla danışıqlar aparır.